Azərbaycan çempionu “Uonderers”də
23.07.2010 - 14:27
Azərbaycan çempionu “Uonderers”də
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Valter Quqlemon vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisindən ayrılandan sonra iki ay özünə yeni komanda axtaran 32 yaşlı hücumçu Uruqvaya dönmək məcburiyyətində qalıb. “Uonderers” klubunun düşərgəsində peyda olan Valter bu komanda ilə ilkin razılıq əldə edib.

Qeyd edək ki, 2007-09-cu illərdə “İnter”, 2009/10 mövsümündə “Neftçi”də oynamış Valter 2008/09 mövsümündə həm Azərbaycan çempionu olub. Həm də Premyer liqanın ən yaxşı bombardiri adını qazanıb.