Anatoli Ponomaryov: Həmyerlilərimlə qarşılaşmaq mənə çox xoş idi
23.07.2010 - 14:42
Azərbaycan yığmasının sabiq üzvü, hazırda Türkiyənin "Orduspor" klubunda çıxış edən Anatoli Ponomaryov "Neftçi" ilə yoxlama matçından sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu paytaxt klubunun qələbəyə layiq oyun göstərdiyini söyləyib: “Həmyerlilərimlə qarşılaşmaq mənə çox xoş idi. Fikrimcə, 0:4 hesabı təsadüfi olmadı. Çünki "Neftçi" yaxşı oyun göstərməklə, qələbəyə tam layiq olduğunu sübuta yetirdi. Bu komandada ən çox xoşuma gələn isə kollektiv oyun, birlik oldu. Heyətdə gənc futbolçuların yer alması yaxın gələcəkdə böyük uğurların qazanılacağından xəbər verir. Öz oyunuma gəlincə, bizdə heç nə alınmadı. Ümumiyyətlə, karyeramı "Orduspor"da davam etdirib-etdirməyəcəyimi bilmirəm".
Qeyd edək ki, "Neftçi" Bolu şəhərində keçirilən yoxlama matçında "Orduspor"a 4:0 hesabı ilə qalib gəlib. Ponomaryov matçın son 20 dəqiqəsində mübarizə aparıb.
Mənbə: neftchifc.com
Qeyd edək ki, "Neftçi" Bolu şəhərində keçirilən yoxlama matçında "Orduspor"a 4:0 hesabı ilə qalib gəlib. Ponomaryov matçın son 20 dəqiqəsində mübarizə aparıb.
Mənbə: neftchifc.com
0
0