Əfran İsmayılov Avropanın ən sərrast 8 futbolçusu arasında!
23.07.2010 - 15:32
Avropa Liqasının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin ilk iki təsnifat mərhələsindən sonra cəmi 8 futbolçu 4 və daha çox qol vurmağı bacarıb.
Onlardan biri Makedoniyanın “Rabotniçki” klubunda çıxış edən Fabio Silva hamıdan çox 5 qol vurub. Onun ən yaxın izləyici olan 7 futbolçu isə hərəyə 4 dəfə fərqləniblər. Elə “Qarabağ”ın bombardiri Əfran İsmayılov da liderdən 1 qol geri qalanların siyahısındadır.
Digər futbolçularla müqayisədə daha çox oynadığı üçün 22 yaşlı yarımmüdafiəçi 8-ci pillədə qərarlaşıb.

yer | futbolçu | klubu | qol | Oynadığı dəqiqələr |
1 | Fabio Silva | “Rabotniçki” (Makedoniya) | 5 | 195 |
2 | İlari Äiyyala | “MüPA-47” (Finlandiya) | 4 | 270 |
3 | Vladimir Yurçenko | “Dnepr” (Belarus) | 4 | 270 |
4 | Jaba Dvali | “Zestafoni” (Gürcüstan) | 4 | 286 |
5 | İqor Krivobok | “Torpedo” (Belarus) | 4 | 297 |
6 | Vandeir | “Rabotniçki” (Makedoniya) | 4 | 326 |
7 | Kyartan Henri Finnboqason | “Reykyavik” (İslandiya) | 4 | 337 |
8 | Əfran İsmayılov | “Qarabağ” (Azərbaycan) | 4 | 342 |
0
0