Vaqif Cavadov penaltini vura bilmədi
23.07.2010 - 23:04
Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu Almaniyadakı təlim-məşq toplanışında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi “Uhren Cup” turnirinində İspaniyanın “Deportivo” klubu ilə qarşılaşıb.
İlk oyunlarında uduzanların III yer uğrunda görüşü 1:1 hesabı ilə başa çatıb. 21 yaşlı hücumçumuz start heyətində çıxdığı matçı əvəzolunmadan keçirib. Qarşılaşmada qalibi, yəni III yerin sahibini penaltilər seriyası müəyyənləşdirib.
Hollandiyalılar yalnız 6-cı zərbələrdən sonra qalib gəlib – 5:4. “Tvente”də yeganə səhvə yol verən isə Vaqif olub. Komandasının ikinci penaltisini vurmaq tapşırığı alan Cavadov bu şansdan yararlana bilməyib.
Qeyd edək ki, komandasının Almaniya təmsilçisi “Ştutqart”a 1:2 hesabı ilə uduzduğu ilk matçda Mişel Pryudom Vaqifə ehtiyac duymamışdı.

0
0