“Qarabağ” üçün Hagen və Yıldırım
23.07.2010 - 23:07
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunların hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşanın “Visla” klubu ilə qarılaşmalarda Norveç və Türkiyə təmsilçiləri ədaləti qoruyacaqlar.
İyulun 29-da Krakovun “Hutnik” stadionunda keçiriləcək ilk oyun norveçli Tom Harald Hagenə tapşırılıb. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bir həftə sonra Bakıda baş tutacaq matçda Bülənt Yıldırım iş başında olacaq. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi təyin olunub. Cavab oyunu saat 21:00-da start götürəcək

0
0