Quzanlı futbolsuz qaldı
23.07.2010 - 23:15
Ağdamın “Qarabağ” klubu yeni mövsümdə ev oyunlarını Bakıda keçirəcək. Apasport.az saytının xəbərinə görə, bu məlumatı klubun direktoru Əmrah Çəlikəl verib. O, Ağdam təmsilçisinin təşkil etdiyi tədbirdə bu addımı atmağın zəruri olduğunu bildirib.
Çəlikəlin sözlərinə görə, “Qarabağ”ın son mövsümdə ev oyunlarını keçirdiyi Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksinin futbol meydanındakı ot örtüyündə müəyyən problemlər yaranıb. Bunu nəzərə alan klub rəhbərliyi əvvəllər olduğu kimi rəqiblərini yenidən Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul etməyə qərar verib.
Qeyd edək ki, “Qarabağ” 2009-cu ilin mayından başlayaraq bəzi istisnalar olmaqla ev oyunlarını Quzanlıda keçirirdi.

0
0