Azərbaycan futbolçuları Türkiyəyə qarşı
24.07.2010 - 09:15
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş “Crocs Challenge Cup” turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan milli komandasının ikinci oyundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk matçında Çexiya yığmasını 6:5 hesabı ilə məğlub edən Emil Cabbarovun yetirmələri bu gün Türkiyə futbolçuları ilə görüşəcəklər.
Belə ki, yarışın əsasnaməsinə uyğun olaraq komandamız Türkiyə - Norveç matçının qalibi ilə üz-üzə gəlməli idi. Həmin oyunda isə qonşularımız çətinliklə də olsa qalib gəliblər. Onlar əsas vaxtı 3:3 hesabı ilə nəticələnən qarşılaşmanın penaltilər seriyasında daha dəqiq olublar.
Qeyd edək ki, iyulun 26-da başa çatacaq yarışda adıçəkilən 4 komanda ilə yanaşı meydan sahibləri, həmçinin Almaniya, İngiltərə və Andorra milli komandaları qüvvələrini sınayırlar

0
0