“Qarabağ”ın oyununa biletlər iyulun 26-da satışa çıxarılacaq
24.07.2010 - 09:49
Ağdamın “Qarabağ” klubunun Polşadakı oyununun biletlərinin qiymətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin “Visla” ilə səfər matçının biletləri bazar ertəsi, iyulun 26-dan satışda olacaq.
Ayın 29-da Krakovun “Hutnik” stadionunda keçiriləcək ilk oyunu izləmək istəyənlər üçün qiymətlər 5 kateqoriya üzrə olacaq. Belə ki, II və III sektorlara giriş 25 zlot (təxminən 6,35 manat), I və IV sektorlara isə 30 zlot (7,62) olacaq. Lakin bu qiymətlər yalnız fanklub üzvləri üçündür. Kənar azarkeşlər eyni sektorlara giriş üçün 5 zlot artıq ödəməlidir: müvafiq olaraq: 30 və 35 zlot (7,62 və 8,89 manat). 12 yaşı tamam olmayanlar isə ümumiyyətlə pul ödəmədən arenaya daxil ola bilər.
Qeyd edək ki, iyulun 29-dakı görüş Bakı vaxtilə saat 23:00-da başlayacaq.

0
0