Fərhad Vəliyev: “Visla” elə də güclü komanda deyil
26.07.2010 - 23:10
“Komandamız “Visla” ilə matça tam hazırdır. Ötən oyunlarda olduğu kimi, çalışacağıq ki, səfərdən uğurlu nəticə ilə qayıdaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Millimizin də qapısını qoruyan Vəliyev doğma azarkeşlər önündə məsələni həlll etmək olduğunu düşünür. O, səfərdə qollu heç-heçə sayəsində növbəti mərhələyə adlayacağımızı ehtimal edir: “Evdə azarkeşlərimiz qarşısında gözəl oyun nümayiş etdirib növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bizim üçün səfərdə ən uğurlu nəticə heç-heçə hesab olunmalıdır. Zənnimcə, qollu heç-heçə bizim növbəti mərhələyə çıxmaq şansımızı xeyli asanlaşdıracaq”.
“Visla”nın oyunlarını izlədiklərini deyən təcrübəli qolkiper “Qarabağ”ın Polşa klubundan üstün olduğunu bildirib: “Visla”nın son oyunlarının lent yazısına baxmışıq. Sözün açığı, elə də güclü komanda deyil. Biz onlardan qat-qat üstün komandayıq. Ötən il daha adlı sanlı, daha güclü komandalarla qarşılaşıb mərhələ adlamışıq. Nəyə görə bu il eyni uğuru davam etdirməyək? Bizim üçün normal rəqibdir. Düşünürəm ki, növbəti mərhələyə adlamaq olar”.
Vəliyev “Qarabağ”ın Polşa futboluna qarşı olan sindromu məhv edəcəyini inandığını vurğulayıb: “Çox təəssüf ki, indiyədək Polşa futboluna qarşı sindormumuz var. Həm milli komanda, həm də klub səviyyəsində nəticə əldə edə bilmirik. Düzdür, bu il “İnter” “Lex”ı səfərdə məğlub etməklə, bunun öhdəsindən gəldi. Ancaq təəssüf ki, mərhələ adlaya bilmədi. Komandanın hər bir üzvü psixoloji cəhətdən oyuna hazırdır”.

0
0