“Qarabağ” bahalı otel seçdi - FOTO
26.07.2010 - 23:21
İyulun 29-da Avropa Liqasının III təsnifat mərhəlsində “Visla” ilə ilk oyununa çıxacaq “Qarabağ” bu gün Polşaya yola düşəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi saat 16:00-da çarter reysi ilə Polşanın Krakov şəhərinə uçacaq. Qurban Qurbanovun komandası Krakovda məşhur 5 ulduzlu “Radisson” otelində məskunlaşacaq.
Qeyd edək ki, “Radisson” dünyada “Hilton” otellər şəbəkəsindən sonra ən bahalı otel hesab olunur. “Qarabağ” burada 4 gün qalacaq. Otelin təklif etdiyi paketdə bir gecənin qiyməti 549 zlot - təxminən 130 manat, iki nəfərlik otaqların qiyməti isə 610 zlotdur (144 manat).

0
0