“Visla” “Lex”dən daha güclüdür”
26.07.2010 - 23:49
“Visla”nın oyunları izləmişik. Düzdür, güclü rəqib olsa da, keçmək mümkündür. Öz meydanında hücum futbolu oynamağı sevirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yeni transferi Samir Abasov deyib.
Ağdam klubunun heyətində Avropa Liqasının seçmə mərhələsində debüt edən təcrübəli yarımmüdafəçi “Qarabağ”ın əsas heyətin üzvünə çevrilib. Millimizin də şərəfini qoruyan Abasov oyun öncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib. O “Visla”nın “Lex”dən daha güclü komanda olduğunu bildirib: “Visla” Polşa futbolunda söz sahibi olan komandalardandır. Məncə, “Visla” “İnter”in rəqibi “Lex”dən daha güclüdür. Səfərdəki oyun çox çətin olacaq. Polşadan yaxşı nəticə ilə dönsək, Bakıda oynayıb mərhələ keçə bilərik. Yəni ilk görüşdən çox şey asılı olacaq”.
Futbolçu ilk matçın səfərdə keçirilməsini “Qarabağ” üçün üstünlük hesab etmir. Hər bir görüşə canlarını qoyduqlarını bildirən 32 yaşlı futbolçu fikirlərini bu cür əsaslandırıb: “Biz elə komandayıq evdə və ya səfərdə fərqi yoxdur hər bir oyuna can qoyuruq. İlk oyunun səfərdə olmasının bizim üçün üstünlük olduğunu düşünmürəm. Misal üçün, ötən oyunu götürək. Səfərdə qələbə qazandıq. Ancaq evdəki bir balaca boşalma olan kimi qapımızdan qol buraxdıq. Nəticədə meydanı 1:1 hesablı heç-heçə ilə tərk etdik. Səfərdəki oyunun əsas üstünlüyü ondadır ki, əgər yaxşı nəticə ilə vətənə dönsək, bu cavab qarşılaşması üçün əlavə stimul olacaq. Ancaq bu oyundur yə səfərdə oynadıq ya da evdə. Elə bir fərqi yoxdur. Onsuz da bunu oynamalıyıq”.

0
0