Maradona Argentina yığmasından getdi
27.07.2010 - 08:47
Maradona Argentina yığmasından getdi
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona yekun qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı əfsanəvi futbolçu milli komandada çalışmaqdan imtina edib.

Maradona qərarını Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Xulio Qrondona ilə görüşündən sonra açıqlayıb. Görüşün əsas müzakirə mövzusu baş məşqçinin millidə işini davam etdirməklə bağlı idi. Maradona əvvəl bildirmişdi ki, AFA onun köməkçilərindən birini azad etsə, postundan gedəcək. Qrondona onun məşqçilər korpusundan bir neçə nəfəri çıxartmaq niyyətini təkrarlayıb. Nəticədə Maradona yığma ilə yollarını ayırıb.

Qeyd edək ki, baş məşqçi postuna namizədlər kimi Karlos Byanki, Dieqo Simeone, Nigel Anhel Russo və Alexandro Sabelyunun adları hallanır.