“Beşiktaş” Qutinin formalarını satışa çıxardı
27.07.2010 - 09:08
“Beşiktaş”ın yeni transferi Quti Türkiyəyə gəlib. Apasport.az saytının məlumatına görə, uzun illər çıxış etdiyi Madrid “Real”ı ilə vidalaşan 34 yaşlı ispan yarımmüdafiəçi İstanbulda böyük coşğu ilə qarşılanıb. Azarkeşlər Qutini hava limanında qarşılayaraq, onun adını yüksək səslə çağırıblar. Futbolçunun “Real”da olduğu kimi, İstanbul klubunda da geyəcəyi 14 nömrəli formalar artıq çatışa çıxarılıb.
Qeyd edək ki, Quti “Beşiktaş”la 2012-ci ilə kimi müqavilə bağlayıb.
Qeyd edək ki, Quti “Beşiktaş”la 2012-ci ilə kimi müqavilə bağlayıb.
0
0