“Onu bilirəm ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik”
27.07.2010 - 23:01
“Polşaya nəticə üçün gəlmişik. Azərbaycanın adını yüksəklərə qaldırmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədov deyib.
22 yaşlı yarımmüdafiəçi “Visla”nın güclü komanda olduğunu və oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Hər oyuna olduğu kimi, “Visla” ilə görüşə də ciddi hazırlaşırıq. Məşqçimiz Qurban Qurbanov oyunla bağlı son tapşırıqlarını verəcək. “Visla” Polşanın güclü komandalarından biridir. Bizim üçün hər bir rəqib çox güclüdür”.
“İnter”in səfərdə Polşa çempionu “Lex”i məğlub etməsi “Qarabağ”ın futbolçularına əlavə ruh verib. Gənc futbolçu “İnter” kimi, səfərdə qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: “İnter” səfərdə qələbə qazanaraq, bizə yaxşı nümunə oldu. Təəssüflər olsun ki, penaltilər seriyasında mübarizədən kənarlaşdılar. Biz də “İnter” kimi, səfərdə qələbə qazanmağa çalışacağıq”.
Milli komandamızın da üzvü olan Məmmədov “Qarabağ”ın mərhələ keçmək şansını qiymətləndirərkən, vətənə sərfəli nəticə ilə dönəcəklərini sözlərinə əlavə edib: “Visla”nın son oyunlarına baxmışıq. Bununla kifayətlənməyəcəyik. Burda da rəqibi təhlil etməyə davam edəcəyik. Mən mərhələ keçmək şansımızı yüksək qiymətləndirirəm. Faiz olaraq qiymətləndirmək istəmirəm. Onu bilirəm ki, Azərbaycana sərfəli nəticə ilə dönəcəyik”.

0
0