Toni Adams daha iki futbolçunu bəyəndi
27.07.2010 - 23:07
Toni Adams daha iki futbolçunu bəyəndi
Braziliya A seriyası təmsilçisi "San Paulu"dan 3 futbolçu dəvət edən "Qəbələ"nin baş məşqçisi Toni Adams onlarla bağlı yekun qərarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, onlardan ikisi müqavilə bağlamaq üçün, digəri isə baxışa gəlmişdi. Artıq birbaşa müqavilə üçün gələn legionerlərlə münasibətlər rəsmiləşib.

Hər iki futbolçu hücumameylli yarımmüdafiə mövqeyində çıxış edir. Bunlardan Bruno Auqusto Dos Anjos sol insayd mövqeyində oynayır, Julio Sezar de Mora Almeyda isə hücumda oynamaq bacarığı ilə seçilir. Bununla da "Qəbələ"nin yeni transferlərinin sayı yeddiyə çatıb.

Xatırladaq ki, buna qədər yerli oyunçulardan Arif İsayev, Ramin Quliyev, Nodar Məmmədov, Asif Qədirini heyətinə qatan bölgə təmsilçisi legionerlərdən yalnız Deon Bartonla münasibətlərini rəsmiləşdirmişdi. Baxışda olan və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 22 yaşlı Bruno Barbosa da Silva ilə bağlı qərar isə yaxın günlərdə veriləcək.