Qapımızı niyə yadellilərə tapşırırıq?
27.07.2010 - 23:11
Denis Romanovun "Xəzər-Lənkəran"a, İrfan Feyziçin "Muğan"a transferindən sonra ölkəmizdə top qovan əcnəbi qapıçıların sayı bir qədər də artdı. İstənilən halda klublarımızın əcnəbi qapıçılara daha çox etimad göstərməsi ürəkaçan hal deyil. Lakin elita təmsilçilərini də qınamaq olmaz. Axı hazırda qonaq-qara üzünə çıxarılası cəmi 2 qapıçımız var - Kamran Ağayev və Fərhad Vəliyev. Düzdü, gələcək vəd edən Səlahət Ağayevimiz də var. Amma onun təcrübəsinin yetərincə olmamasını göz önünə almaq lazımdı.
Təcrübədən söz düşmüşkən, bu baxımdan Rauf Mehdiyev ideal variantdı. Di gəl ki, 34 yaşlı qolkiperin fiziki durumu ideallıqdan çox uzaqdı. Amma bu o demək deyil ki, Rauf yararsız qapıçıdı. Əgər belə olsaydı, onda Mehdiyev son 1 ildə 5 ("Simurq", "İnter", "Karvan", "Muğan" və "Neftçi") komanda dəyişməzdi. Lakin bu məqam ölkəmizdə qapıçılar məktəbinin pas atdığının bariz sübutudu. Yeni nəsil yetişmədiyindən Mehdiyev futbol üçün ahıl yaşında at oynadır, ildə 5 klub dəyişir.
Növbəti mövsümə hazırlaşan Premyer Liqa təmsilçilərindən "Gəncə" və MOİK-in hansı heyətlə çıxacağı dəqiq deyil. Bu il elitaya vəsiqə qazanan hər iki kollektiv hələlik seleksiya işi ilə məşğuldu. Düzdü, qərblilər "Muğan"dan qovulan Edis Kurtanoviçlə anlaşıb. "Hərbçilər" isə güman ki, yerli qapıçıya güvənəcək. Amma digər 10 komandada "çərçivə" qoruyucuları ilə bağlı problem demək olar ki, həllini tapıb. Onların arasında yeni qapıçı transfer edən də var, ehtiyac duymadıqlarını göndərən də. Bəzi klublar da var ki, ümumiyyətlə, bu baxımdan heç bir dəyişiklik etmədi.
İnter. "Bank klubu"nu gürcülərin komandasına çevirməklə məşğul olan Kaxaber Sxadadze növbəti mövsüm rahatlıqla həmyerlisi Georgi Lomayanı "çərçivə"yə qoya bilər və artıq qoyur da. Çünki Raymundo Vilson "İnter"dən ayrıldı. Doğrudu, Lomaya heç də pis qapıçı deyil. Amma "Lex"lə səfər matçında həlledici penaltini məhz onun qaçırdığını xatırlatmaqda fayda var. Digər tərəfdən, millimizin üzvü Səlahət Ağayev gürcü həmkarından zəif deyil. Səlahət təcrübə baxımından Lomayadan geri qalsa da, istedadı və yaxşı fiziki forması ilə diqqət çəkir. Fikrimizcə, Sxadadze zaman-zaman ona şans versə və ədalətli olsa, bəlkə də Lomayanı əsas heyətdən sıxışdıra bilər.
Bakı. "Zolaqlılar"ın yerli qolkiperlərə qarşı "allergiyası" var. Əsas heyətdə yer alan Marko Şarliya xorvatiyalı, Xalidu Sissoko isə seneqallıdı. Bu qapıçıların birinin digərindən güclü olduğunu söylmək çətin məsələdi. İkisi də demək olar, eyni səviyyədədi. Lakin onları etibarlı "çərçivə" qoruyucusu adlandırmaq da olmaz. "Bakı" rəhbərliyi onların əvəzinə bircə sanballı qapıçı tapsa, daha yaxşı olar.
Qarabağ. Qurban Qurbanovun əsasən yerlilərdən formalaşdırdığı "Qarabağ"da yadelli qapıçı yoxdu. Doğrudu, Osman Umarov əslən dağıstanlıdı. Lakin U-21-in üzvü olduğundan yerli oyunçu statusu daşıyır. Komandanın əsas qapıçısı isə Fərhad Vəliyevdi. Millidə Kamran Ağayevin əvəzləyicisi olan Fərhad "Qarabağ"ın "1 nömrə"si və Aslan Kərimovdan sonra ikinci kapitanıdı. Sahil Kərimova gəlincə, o, nadir hallarda meydana çıxdığından barəsində konkret söz demək çətindi.
Xəzər-Lənkəran. Cənub təmsilçisinin "çərçivə" qoruyucusu ilə bağlı ciddi problemi yoxdu. Hər halda, yığmada "1 nömrə" olan Kamran Ağayev etibarlı qapıçı sayılır və növbəti mövsümdə də əsas heyətdə yer alacaq. Lakin onun əvəzləyicisi dəyişib. Komandanın yeni baş məşqçisi Mirça Rednik Dmitri Kramarenkoya ehtiyac duymadığından, onun yerinə vaxtı ilə rəhbərliyi altında oynamış Latviya yığmasının ikinci qapıçısı sayılan Denis Romanov heyətə cəlb etdi. Lakin Romanovun son illərdəki karyerasına nəzər saldıqda Rednikin nəyə görə Kramarenkonu onunla əvəzlədiyini anlamaq olmur. Romanov 2006/09-cu illərdə Buxarest "Dinamo"sunda cəmi 3 oyun keçirib və qol buraxmayıb. Maraqlıdı ki, "Xəzər-Lənkəran"ın yeni baş məşqçisi Mirça Rednik həmin dövrdə iki müxtəlif vaxtda "Dinamo"nu çalışdırıb və rəhbərliyi altında olduğu Denisə çox az şans verib. Buxarest klubundan sonra Çexiyaya yollanan Romanov Praqanın "Sparta" klubunda da əsas heyətdə möhkəmlənə bilməyib (5 oyun).
Neftçi. "Ağ-qaralar" ötən mövsüm iki əcnəbinin xidmətindən yararlandı: litvalı Paulis Qribauskas və Vladimir Miçoviç. Lakin çempionat başa çatdıqdan sonra baş məşqçi Arif Əsədov serbin xidmətində maraqlı olmadığından onu heyətdən kənarlaşdırıldı. Əvəzində isə klub dəyişməyə adət edən Rauf Mehdiyev transfer olundu. Böyük ehtimalla, növbətim mövsüm əsas heyətdə Qribauskas yer alacaq. Mehdiyev isə onun əvəzləyicisi qismində ehtiyat oyunçular skamyasında oturacaq.
Qəbələ. Əyalət təmsilçisi təkcə "çərçivə"ni deyil, kapitan sarğısını da əcnəbiyə həvalə edib. Artıq 2 ildi "Qəbələ"nin qapısını qoruyan latviyalı Pavel Doroşev əsas heyətdə yerini təmin etməkə yanaşı, komandanın aparıcı üzvünə çevrilib. Yəqin ki, Toni Adams da azarkeşlərin sevimlisinə çevrilən Doroşevə güvəncək. Onun əvəzləyicisi isə ötənilki kimi Elnar Kərimov olacaq.
AZAL. "Təyyarəçilər"in yaxşı günlərində qapını Rauf Mehdiyev qoruyurdu. Lakin ötən il onun komandadan ayrılması ilə Cahangir Həsənzadə ilə Elşən Poladov iş başına keçdi. Doğrudu, Nazim Süleymanov əsas uzun illər yığmamızın şərəfini qoruyan Həsənzadəyə daha çox şans verir. Lakin Poladov da bəzi oyunlarda əsas heyətdə yer alıb. Onların ikisi də ortabab qapıçıdı. Lakin cavan vaxtlarında daha yaxşı təsir bağışlayırdılar.
Simurq. Zaqatala təmsilçisi hələ ki, öz yetirməsi olan Fuad Əliyevin ümidinə qalıb. Çünki "Simurq" əcnəbilərlə vidalaşdığından Vitali Postranski ilə Taras Çopik də vətəninə dönüb. Açığı, Qyoko Hacievskinin Əliyevə "1 nömrə" gözü ilə baxdığına inanmırıq. Böyük ehtimalla "Simurq" yaxın vaxtlarda əsas heyətdə oynaya biləcək qolkiper transfer edəcək.
Muğan. Növbəti mövsümdən Salyan təmsilçsinin heyətində İrfan Feyziçi görəcəyik. Bosniyalı Edis Kurtanoviç "Muğan"dan getdiyi üçün onu həmyerlisi əvəzlədi. Yəqin ki, "Muğan" rəhbərliyi onu əsas heyət qapıçısı qismində transfer edib. Hər halda, Amil Ağacanova etibar etsəydilər, əcnəbi oyunçu ilə anlaşmazdılar.
Turan. Tovuz təmsilçisinin heyətində iki qapıçı var: biri əcnəbi, digəri yerli. Rusiyalı Şamil Saidov və Kamal Bayramov ikilisindən hansının əsas heyət oyunçusu olduğunu söylmək çətindi. Çünki son mövsümdə hər ikisi "11-lik"də yer almağı bacarırdı. Amma indi baş məşqçi dəyişib. Sakit Alıyevin kimə şans verəcəyini zaman göstərəcək.
P.S. Bugünlərdə "Xəzər-Lənkəran"la yollarını ayıran Dimitri Kramarenko ölkə mətbuatına müsahibəsində qapıçılar məktəbi açmaq niyyətində olduğunu bildirdi. Allah köməyin olsun, Dima, indi bizim buna daha çox ehtiyacımız var.
ŞAMO, “Ekspressfutbol” qəzeti

0
0