“Qarabağ” leysana düşdü
27.07.2010 - 23:18
Avropa Liqasının III təsnifat mərhələsində “Visla” ilə oyuna yollanan “Qarabağ” artıq Polşadadır. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisi Krakovda leysana düşüb. Buna baxmayaraq, komanda “Visla”nın stadionunda məşqə çıxıb. Meydanda su gölməçələrinin yaranmasına baxmayaraq, “Qarabağ” təxminən saat yarım həvəslə məşqini davam etdirdi.
Ağdamlılar bu gün yerli vaxtla saat 20:00-da oyunun keçiriləcəyi “Hutnik” stadionunda sonuncu məşqini edəcək.
Ağdamlılar bu gün yerli vaxtla saat 20:00-da oyunun keçiriləcəyi “Hutnik” stadionunda sonuncu məşqini edəcək.
0
0