“Sparta” “İnter”in qisasını aldı
28.07.2010 - 08:38
“Sparta” “İnter”in qisasını aldı
Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu “İnter”i penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran “Lex” üçün bu mərhələdə ilk görüş uğursuz olub. Praqada “Sparta” matçın sonuna yaxın vurduğu yeganə qolla qələbəni əldə edib.

Maraqlıdır ki, “Lex”in cari mövsümdə ÇL-də görüşləri bir qayda olaraq 1:0 hesabı ilə nəticələnir. Ancaq bunların yalnız birində - Bakıda qalib gələn Poznan təmsilçisi son ikisində eyni hesabla uduzub. İlk oyunlardan sonra Belçikanın “Anderlext” və Ukraynanın “Dinamo” klubları növbəti mərhələyə çıxmaq vəzifəsini demək olaraq yerinə yetirib.

Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar


“Omoniya” (Kipr) – “Zalsburq” (Avstriya) – 1:1
Lua-Lua, 90+1-pen – Sarate, 8

“Liteks” (Bolqarıstan) – “Jilina” (Slovakiya) – 1:1
Vellinqton, 79 – Maytan, 65

“Dinamo” (Kiyev, Ukrayna) – “Gent” (Belçika) – 3:0
Yarmolenko, 19, Şevçenko, 80, Zozulya, 90+1

“Unirya” (Rumıniya) – “Zenit” (Rusiya) – 0:0

“Sparta” (Çexiya) – “Lex” (Polşa) – 1:0
Brabets, 76

TNS (Uels) – “Anderlext” (Belçika) – 1:3
Cons, 52 – Klestan, 7, Lejar, 18, Suares, 73