“Qarabağ”a uduzsaq, bu, bizim üçün dəhşətli nəticə olacaq”
28.07.2010 - 14:02
“Rəqibin bəzi oyunlarına baxmışıq. “Qarabağ”ı kifayət qədər təhlil etdiyimizi deyə bilərik. Onları zəif komanda adlandırmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Visla” klubunun futbolçusu Junior Dias deyib.
Sabah Avropa Liqasının III təsnifat mərhələsində ağdamlıları qəbul edəcək Krakov təmsilçisinin müdafiəçisi rəqibi qiymətləndirməyi vacib sayır: “Qələbə üçün imkanlardan maksimum istifadə etmək lazımdır. Ötən il Çempionlar Liqasında Estoniyanın “Levadiya” klubuna məğlubiyyəti unuda bilmişik. Əgər kimsə keçmişlə yaşamaq istəyirsə, öz işidir. Mən isə yalnız gələcəyə baxmaya üstünlük verirəm. Bəli, bu, bizim üçün ağır məğlubiyyət idi. Ancaq bizə çox şeyi öyrətdi. “Lex”in “İnter”lə oyunun yalnız birinci hissəsini izləyə bilmədim. Etiraf edirəm ki, “Lex”in cütün taleyini əsas vaxtda həll etməyib, hər şeyi oyun sonrası penaltilərə gətirməsinə bir az təəccübləndim. Penaltilər isə həmişə risklidir”.
“Qarabağ”ın hücumda oyununun yaxşı alınmasını qeyd edən Dias həmkarlarına mesaj göndərib: “Müdafiəçilərimiz rəqibi zərərsizləşdirmək üçün hər şey etməlidir. “Qarabağ”ı keçə bilməsək, bu, bizim üçün dəhşətli nəticə olacaq. Biz bu haqda heç fikirləşmək istəmirik. Avroliqanın qrup mərhələsinə düşmək istəyirik və buna bütün şanslarımız var”.

0
0