Hacıyev “Gəncə”nin baş məşqçisi təyin edildi!
28.07.2010 - 14:15
Azərbaycan Premyer Liqasına qayıdan “Gəncə” klubunun əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Klubun prezidenti Elmir Əliyev apasport.az saytına açıqlamasında Mehman Hacıyevin əvəzedici heyətə rəhbərlik edəcəyini bildirib.
Məlum olduğu kimi, Unibank Premyer Liqasında çıxış edəcək klubların əvəzedici komandalarının olması əsas şərtlərdəndir. Ona görə də güclülər dəstəsinə vəsiqə qazanan klublar buna riayət etməlidir. Son mövsümü birinci divizionda keçirən və sonda çempion kimi Premyer Liqaya yüksələn “Gəncə” artıq bu işə başlayıb. Əliyevin sözlərinə görə, əsas komanda kimi, əvəzedici heyətə də xüsusi fikir verəcəklər: “Premyer Liqaya vəsiqə qazandıqdan sonra əvəzedici komandanın yaradılmasına da diqqət ayırdıq. Baş məşqçi postuna Mehman Hacıyevi təyin etmişik. Ona gənclərdən komanda qurmağı tapşırmışıq”.
Qeyd edək ki, 35 yaşlı Hacıyev əslən Gəncədəndir və uzun müddət yerli “Kəpəz” klubunda oynayıb.

0
0