Ruslan Əmircanov hücumçulardan narazı qalıb
28.07.2010 - 14:26
“Komandamız növbəti mövsümə ciddi hazırlaşır. Türkiyədə keçirdiyimiz yoxlama matçları göstərir ki, “Neftçi” tədricən öz oyununu tapır. Məqsədimiz əvvəlki "Neftçi"nin adını özünə qaytarmaqdır. Həmişə hədəfimiz çempionluq olub. İnşallah, qarşıdakı çempionatda da qızıl medallar uğrunda mübarizə aparıb, istəyimizə çatarıq". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ruslan Əmircanov deyib.
Gənc müdafiəçi klubun saytına açıqlamasında bildirib ki, flaqmandakı əsas problemlərdən biri həll olunmaq üzrədir: "Ötən mövsüm yeganə problemimiz qol vurmaq idi. Müdafiə, yarımmüdafiə xətti yaxşı oynadığı halda, irəlidə fərqlənə bilmirdik. Yeni transferlərin və gənc futbolçularımızın kompakt şəkildə oyunu sayəsində bu problem də aradan qaldırılır. "Orduspor"u 4:0, "Kardemir Karabükspor"u 1:0 hesabı ilə məğlub etmişik. Xüsusilə, hücumçu Bahodir Nasimov hələlik öz vəzifəsinin öhdəsindən gəlir. İnanıram ki, çempionatın gedişində qol vurmaq problemimiz olmayacaq".
Mövsümlərarası fasilədə "Neftçi"yə yeni futbolçular gəlməsinə baxmayaraq, Əmircanov sağlam rəqabətə həmişə hazır olduğunu söyləyib: "Mən sağlam rəqabətdən heç vaxt çəkinməmişəm. Düzdür, zədəli olduğum vaxtda əsas heyətdə yerimi itirmişdim. Daha sonra yeni transferlər oldu. İstənilən halda, rəqabətə hazıram. Çünki sağlam rəqabət olmayan yerdə, inkişafdan danışmaq yersizdir. Təbii ki, heyətlə bağlı söz sahibi məşqçilər korpusudur. Çalışacağam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərərək, heyətə düşüm və komandamızın uğurunda rol oynayım".

0
0