Polşalılar Berti Foqtsun iş yerini səhv saldılar
28.07.2010 - 14:38
Polşa mətbuatı Azərbaycan milli komandasının baş məşqçisi Beri Foqtsun Avroliqanın III təsnifat mərhələsində “Visla” – “Qarabağ” oyununu izləməyə gələcəyindən xəbər tutub. Apasport.az saytının məlumatına görə, həmkarlarımız 64 yaşlı alman mütəxəssisi sabah Krakov şəhərindəki “Hutnik” stadionunda görəcəklərini qeyd ediblər.
Foqts haqda məlumat verən polşalılar onun 1974-cü ildə futbolçu kimi dünya çempionu olmasını, 8 il (1990-98-ci illər) baş məşqçisi olduğu yığması ilə Avropa çempionluğu qazanmasını qeyd edib. Foqtsun son iki ildə çalışdırdığı Azərbaycan yığmasına gələnə kimi Küveyt, Şotlandiya, Nigeriya millilərinə rəhbərlik etdiyini yazan həmkarlarımız bir yanlışlığa yol verib.
Belə ki, onlar klub məşqçisi kimi Foqtsun Münhen “Bavariya”sını çalışdırdığını göstərib. Əslində, millimizin baş məşqçisi Leverkuzenin “Bayer” klubunda işləyib.

0
0