Amansız “panlar”, 14 illik sindrom və yenə Krakov
28.07.2010 - 15:09
Avropa Liqasında “Visla”ya rəqib olan “Qarabağ” Azərbaycan üçün arzuolunmaz ölkənin təmsilçisi ilə görüşəcək. Apasport.az saytının hesablamalarına görə, 1994-cü ildən avrokuboklara qatılan komandalarımız daim Polşa klublarına uduzublar.
Bizə qarşı həmişə amansız olan “pan”lar avrokubok tariximizə qara hərflərlə düşüb. Təsadüfi deyil ki, komandalarımız heç vaxt onları mübarizədən kənarlaşdıra bilməyib. Ən əsası, avrokuboklarda ən böyük hesablı məğlubiyyəti məhz polşalılardan almışıq. Özü də bu, “Qarabağ”ın oynayacağı Krakov şəhərində baş verib.
Həmin vaxt, 1996-cı ildə çempionatımızın gümüş medalçısı olan Buzovnanın “Xəzri” klubu “Qutnik” tərəfindən 9 cavabsız qol “yeyib”. Tale elə gətirdi ki, Çempionlar Liqasında debütümüz də Polşa təmsilçisi ilə olub və yenə səfərdən ağır məğlubiyyətlə qayıtmışıq – 0:8. “Vidzev” “Neftçi”nin qapısına iki oyuna 10, “Qutnik” “Xəzri”yə 11 qol vurmuşdu.
Polşalılarla keçirdiyimiz 16 oyunda 13 dəfə uduzmuş, 2-də heç-heçə etmiş, yalnız 1-də qalib gəlmişik. Həmin qələbəni cari mövsümdə qazanan Bakının “İnter” klubu Polşa sindromunu qırmağa çox yaxın idi. Ancaq oyun sonrası penalti zərbələrində daha dəqiq olan “Lex” sensasiyaya imkan vermədi.
Yeri gəlmişkən, qitə miqyasında ən çox görüşdüyümüz klub olan “Lex” üç müxtəlif təmsilçimizə qalib gəlib. Polşalıların 13 qələbəsindən 5-i böyük hesablı, 3-cü 1:0 hesablı olub (topların fərqi – 46-8).
Qeyd edək ki, “Qarabağ” avrokuboklarda cari mövsümdə mübarizəni davam etdirən yeganə təmsilçimizdir.
Azərbaycan və Polşa klublarının avrokuboklarda görüşü
1996/97 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
Krakov. “Qutnik” (Polşa) – “Xəzri” (Azərbaycan) – 9:0
Bakı. “Xəzri” – “Qutnik” – 2:2
1997/98 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
Bakı. “Neftçi” (Azərbaycan) – “Vidzev” (Polşa) – 0:2
Lodz. “Vidzev” – “Neftçi” – 8:0
1998/99 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
Lodz. LKS (Polşa) – “Kəpəz” (Azərbaycan) – 4:1
Gəncə. “Kəpəz” – LKS – 1:3
2000/01 mövsümü
İntertoto kuboku, I mərhələ
Vidzev. “Zaqlembe” (Polşa) – “Viləş” (Azərbaycan) – 4:0
Bakı. “Viləş” – “Zaqlembe” – 1:3
2005/06 mövsümü
İntertoto kuboku, I mərhələ
Bakı. “Karvan” (Azərbaycan) – “Lex” (Polşa) – 1:2
Poznan. “Lex” – “Karvan” – 2:0
2007/08 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
Bakı. “MKT-Araz” (Azərbaycan) – “Qrotslin” (Polşa) – 0:0
Qrodzisk. “Qrotslin” – “MKT-Araz” – 1:0
2008/09 mövsümü
Bakı. “Xəzər-Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1
Poznan. “Lex” – “Xəzər-Lənkəran” – 4:1
2010/11 mövsümü
Bakı. “İnter” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1
Poznan. “Lex” – “İnter” – 0:1 (oyun sonrası penaltilərlə - 9:8)
Mehman SÜLEYMANOV

0
0