Kamran Ağayev: Bir ildən sonra futboldan uzaqlaşacağam
28.07.2010 - 15:43
“Komandamıza yeni qapıçının gəlməsindən xəbərim yoxdur. Əgər belə bir planları var idisə, niyə mənimlə müqavilənin müddətini uzadırdılar? Avropa klublarından təkliflər var idi. Buraxardılar, çıxıb gedərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.
Latviyalı qapıçı Denis Romanovu transfer edən “Xəzər-Lənkəran” qapı xəttində rəqabəti artırmaq niyyətindədir. Dmitri Kramarenko ilə yollarını ayıran cənub təmsilçisi 31 yaşlı latviyalı qapıçı ilə 2 illik müqavilə imzalasa da, komandanın əsas qolkiperi Kamran Ağayev transferdən yeni xəbər tutduğunu bildirdib: “Klubda nə baş verdiyini bilmirəm. Rəqabətə gəlincə, mənim işim futbol oynamaqdır. Ümumiyyətlə, bu barədə əlavə heç nə demək istəmirəm. Bir ildən sonra futboldan tamamilə uzaqlaşacağam”.

0
0