“Sxadadze mənim köməkçi-məşqçi olmağımı istəyir”
28.07.2010 - 16:11
“Hələlik ortada rəsmi heç nə yoxdur. Sabah və ya birisi gün dəqiqləşəcək”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter”in əvəzedici komandasının baş məşqçisi Roman Cəfərov deyib.
Bu günlərdə “İnter”in əsas komandasında köməkçi-məşqçi funksiyasını yerinə yetirən Elxan Abdullayevin istefaya göndərilməsindən sonra Kaxaber Sxadadze özünə yeni köməkçi axtarışına çıxıb. Gürcü mütəxəssisin axtarışı uzun çəkməyib. O, kənara getməyərək, klub rəhbərliyinə əvəzedici komandanın baş məşqçisi Roman Cəfərovla çalışmaq istədiyini bildirib. Elə fikirni öyrəndiyimiz Cəfərov da bunu təsdiqləyib: “Bəli, Sxadadze mənim köməkçi-məşqçi olmağımı istəyir. Bununla bağlı klub rəhbərliyinə müraciət edib. Onlar da mənimlə söhbət ediblər. Yəqin ki, əmr avqustun 1-də veriləcək”.
Məşqçi istənilən halda əvəzedici komandadan ayrılmayacağını vurğulayıb: “Köməkçi-məşqçi olsam da, əvəzedici komandadan ayrılmayacağam. Bu komandaya 1993/94-cü il təvəllüdlü uşaqları toplamışam. Ən azı kurator kimi fəaliyyət göstərəcəyəm. Əvəzedici komandadan tamamilə ayrılmaq fikrim yoxdur”.

0
0