Əfran İsmayılov: Mətbuatın nə yazdığı məni maraqlandırmır
28.07.2010 - 17:14
“Bura gəldiyimiz gündən yağış yağır. Əlverişsiz hava şəraiti var. İlk məşqimizi leysan altında etdik. Buna baxmayaraq, komandada əla ab-hava var”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Komandasının Avropa Liqasında keçirdiyi oyunlarda 4 dəfə rəqib qapılarına yol tapan gənc yarımmüdafiəçi oynadığı futbolla diqqət çəkir. Yarımmüdafiənin sağ cinahda qərarlaşan 22 yaşlı futbolçu polşalıların ən ehtiyatlandığı oyunçudur. Polşa mətbuatının gündəmində olan İsmayılov heç nəyə fikir vermir: “Mətbuatın nə yazdığı məni maraqlandırmır. Mənim işim çıxıb futbol oynamaqdır. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
Bu gün Krakovda son məşqini keçəcək Ağdam təmsilçisi oyuna ciddi yanaşır. Polşadakı əlverişsiz hava şəraiti də “Qarabağ”ın planlarına təsir etmir. Millimizin də şərəfini qoruyan Əfran İsmayılov sabah keçiriləcək oyunla bağlı fikirlərini bu cür izah edib: “Hazırda axşam keçiriləcək məşqin vaxtını gözləyirik. “Visla”nın son oyunlarına baxmışıq. Əməlli-başlı komandadır. Çətin oyun olacaq. Əvvəl qarşılaşdığımız “Metallurq” və “Pordadaun”dan çox güclüdür. Ancaq ötən il qarşılaşdığımız rəqiblərdən elə də güclü deyillər”.

0
0