Fatih Təkkə klub alır
28.07.2010 - 16:56
Fatih Təkkə klub alır
Hazırda Rusiyanın "Rubin" komandasının formasını geyinən Türkiyə millisinin sabiq hücumçusu Fatih Təkkə klub alır. Apasport.az saytının xəbərinə görə, 32 yaşlı futbolçu ən yaxın dostu - milyonçu Muzaffer Bilazerlə birlikdə Türkiyə II Liqasında mübarizə aparan "Erzurumspor"un səhmlər paketinə yiyələnmək istəyir.

Türkiyə mətbuatında yer alan xəbərə əsasən, artıq sənədləşmə işlərinə start verilib. Ötən il "Zenit"dən transfer olunan Təkkə "Rubin"in heyətində Premyer Liqada cəmi 5 qarşılaşmada forma geyinib.

Qeyd edək ki, “Erzurumspor” azərbaycanlı futbolsevərlər üçün yad komanda deyil. Belə ki, 1999-2000-ci il mövsümündə Türkiyə klubunu mərhum məşqçi Ruslan Abdullayev çalışdırıb.