“Qarabağ” üçün çətin rəqib: “Borussiya”! - YENİLƏNİB
06.08.2010 - 15:48
Bu gün Avroliqada pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi təmsil edən “Qarabağ”ın bəxtinə çətin rəqib düşüb.
Ağdam təmsilçisi qrupa düşmək üçün Almaniyanın tanınmış klublarından olan Dortmundun “Borussiya” klubunu mübarizədən kənarlaşdırmalıdır. Yurgen Kloppun yetirmələri ötən mövsüm Bundesliqada 5-ci yeri tutub.
Püşkə əsasən, “Qarabağ” ilk oyununu avqustun 19-da səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

0
0