Məşqçi ilə mübahisə edən Vaqif Cavadov “Tvente” klubundan uzaqlaşdırılır
06.08.2010 - 14:39
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov Hollandiyanın “Tvente” klubundan ayrılır. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu qışdan Enshede təmsilçisinin düşərgəsində olsa da, rəsmi oyuna çıxmamış komandanı tərk edir.
Buna səbəb yeni baş məşqçi Mişel Pryudomun həmyerlimizə şans verməməyidir. Belçikalı çalışdırıcı yoxlama oyunlarında Cavadovu meydana buraxsa da, rəsmi görüşlərdə bunu etməyib. Millimizin üzvünü Hollandiya Superkubokunda “Ayaks”la oyunda kənarda qoyan Pryudom bu gün I turda “Roda” ilə səfər görüşündə də “18-liy”ə daxil etməyib.
Bununla razılaşmayan Vaqif belçikalı məşqçiyə “Tvente”yə ehtiyatda oturmağa gəlmədiyini deyib. Əvəzedici komandada çıxış etmək istəməyən futbolçumuzun çalışdırıcısı ilə mübahisəsi gələcək perspektivini sual altında qoyur. Ancaq “Tvente” rəhbərliyi üç illik müqaviləsi olan Cavadova özünə klub axtarmağı da deməyib.
Vaqif sabah vətənə dönəcək ki, bu da yığmamızın Küveytlə yoldaşlıq görüşünə çağırılması ilə bağlıdır. O, həmin görüşdən sonra Hollandiyaya qayıdıb, klubundakı taleyinə tam aydınlıq gətirməlidir. Avropada “transfer pəncərəsi” bu ayın sonunda bağlandığından, məsələ həmin müddətə kimi dəqiqləşməlidir.

0
0