“Visla” baş məşqçi axtarır
06.08.2010 - 14:52
“Visla” baş məşqçi axtarır
“Visla” rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıb. Apasport.az. saytının Polşa mətbuatına istinadən məlumatına görə, Krakov təmsilçisi Henrik Kasperçakla yollarını ayıracaq.

Polşalı həmkarlarımızın yazdığına inansaq, Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı “Visla” çalışdırıcını vətənində deyil, ölkə xaricində axtarır: “Bizim fikrimizə görə, komandanın prezidenti Boqdan Basalaja bəlkə də qərarını Bakıda hesab 0:3 olarkən verib. Lakin bunu gizli saxlasa da, əcnəbi məşqçi axtardığı müəyyənləşib. Biz onun qərarını dəstəkləyirik. Kasperçakla vidalaşmağı vaxtıdır. Komandaya yeni nəfəs gəlməlidir”.