Pley-off mərhələsinin ən maraqlı cütü: “Dinamo” – “Ayaks”
06.08.2010 - 15:24
Pley-off mərhələsinin ən maraqlı cütü: “Dinamo” – “Ayaks”
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Apapsort.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən mərasimində qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 10 cütlük müəyyənləşib.

Türkiyə vitse-çempionu “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Yanq Boyz” çətin rəqiblə düşüb. İsveçrəlilər qrupa düşmək üçün “Tottenhem”i mübarizədən kənarlaşdırmalıdırlar. Pley-off mərhələsinin maraqlı oyununun Kiyev “Dinamo”su ilə “Ayaks” arasında gedəcəyini proqnozlaşdırmaq olar.

ÇL pley-off mərhələsi

“Zalsburq” (Avstriya) – “Hapoel” (Tel-Əviv, İsrail)
“Rusenborq” (Norveç) - “Kopenhagen” (Danimarka)
“Bazel” (İsveçrə) - “Şerif” (Moldova)
“Sparta” (Çexiya) - “Jilina” (Slovakiya)
“Partizan” (Serbiya) - “Anderlext” (Belçika)
“Yanq Boyz” (İsveçrə) - “Tottenhem” (İngiltərə)
“Braqa” (Portuqaliya) - “Sevilya” (İspaniya)
“Verder” (Almaniya) - “Sampdoriya” (İtaliya)
“Zenit” (Rusiya) – “Oser” (Fransa)
“Dinamo” (Kiyev) – “Ayaks” (Hollandiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 17-18-də, cəvab matçları isə 1 həftə sonra olacaq.