“Heyətdə yeni futbolçular olduğu üçün anlaşma istənilən səviyyədə deyildi”
06.08.2010 - 16:09
15 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda ikitərəfli oyun keçirib. Apasport.az saytının məlumatına görə, oyundan sonra yığmanın baş məşqçisi Sissi Rayt daha çox ikinci hissədən razı qaldığını deyib.
Almaniyalı mütəxəssis bildirib ki, məşqlərin intensivliyi artırılacaq və yeni futbolçular qısa zamanda komandaya uyğunlaşacaq: “Bu, bizim ikinci ikitərəfli oyunumuz idi. Birinci hissədə nisbətən zəif oyunun şahidi olduq. Fasilədə futbolçulara müvafiq tapşırıqlar verdik. Heyətdə yeni futbolçular olduğu üçün anlaşma istənilən səviyyədə deyildi. İkinci hissədə daha dəqiq ötürmələrin şahidi olduq və bunun sayəsində bir neçə qol vuruldu. Məşqlərin intensivliyini artıraraq yeni futbolçuların qısa zaman ərzində komandaya uyğunlaşmasına çalışacağıq”.
Mənbə: affa.az

0
0