Çempionlar Liqasının qalibi, yaxud Zidan Bakıya gəlir
06.08.2010 - 16:34
“Qarabağ” Avroliqanın qrup mərhələsinə düşmək üçün Almaniyanın 6 qat çempionunu mübarizədən kənarlaşdırmalıdır. Apasport.az saytının xəbərinə görə, 1909-cu ildə yaradılan Dortmund “Borussiya”sı 1956, 57, 63, 95, 96, 2002-ci illərdə Bundesliqanın qalibi olub.
İki dəfə gümüş medal və ölkə kubokunu qazanan “Borussiya” dörd dəfə ölkə Superkubokuna sahib çıxıb. Beynəlxalq miqyasda da uğurla olan dortmundlular 1997-ci ildə Çempionlar Liqasını qazanıb. Klubun əsas yüksəlişi 1991-ci ildə Otmar Hitsfeldin baş məşqçi postuna gəlişindən sonraya təsadüf edir. Təcrübəli alman mütəxəssis 1997-ci ildə komandaya “Qitələrarası kubok”u da qazandırdı. 1993-cü ildə Hitsveldlə UEFA kubokunu da yiyələnən “Borussiya”nın son uğurları 2002-ci ilə təsadüf edir.
Belə ki, komanda Mattias Zammerin rəhbərliyi altında həmin vaxt sonuncu dəfə titul – çempionluq qazanıb və UEFA kubokunu finalçısı olub. Yeri gəlmişkən, Zammer 1996-cı ildə Berti Foqtsun rəhbərliyi altında Almaniya yığmasının heyətində Avropa çempionluğuna, Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a sahib çıxıb.
“Borussiya”nı 2008-ci il iyulun 1-dən Yurgen Klopp çalışdırır. 43 yaşlı mütəxəssis debüt mövsümündə 6-cı, ikinci ilində 5-ci yeri tutub. Komanda Avroliqaya çıxması baş məşqçisi ilə müqavilənin 2012-ci ilin yayına kimi uzadılması ilə nəticələndi. “Borussiya” 80552 tutumu olan stadiona malikdir.
Sebastyan Kelin kapitanı olduğu komandanın heyətində almaniyalı Dede, türkiyəli Nuri Şahin, tunisli Məhəmməd Zidan, paraqvaylı Nelson Valdes kimi tanınmış futbolçular oynayır. 2008-ci ildə “Lex”in heyətində “Xəzər-Lənkəran”a Bakıda vurduğu yeganə qolla komandasına qələbə qazandıran Robert Levandovski “İnter”lə oyun öncəsi “Borussiya”ya transfer olundu. Göründüyü kimi, polşalı hücumçuya “İnter”ə qarşı olmasa da, yenidən komandamızla Respublika stadionunda görüşmək qismətində imiş.

0
0