Yenə “Qarabağ”, yenə “Böyük beşlik” təmsilçisi
06.08.2010 - 17:00
Yenə “Qarabağ”, yenə “Böyük beşlik” təmsilçisi
“Qarabağ”ın Avroliqada Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə görüşü Azərbaycan futbolunun tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları 1994-cü ildən çıxış etdikləri avrokuboklarda ikinci dəfə “Böyük beşlik” təmsilçisi ilə görüşəcək. Məlum olduğu kimi, “Böyük beşliyə” İtaliya, İngiltərə, İspaniya, Almaniya və Fransa çempionatları daxildir.

Maraqlıdır ki, indiyə kimi “Böyük beşlik”lə yeganə görüşümüz da elə “Qarabağ”la bağlıdır. Bu, 1999-cu ildə Fransanın “Monpelye” klubu ilə olub. Fransızlar Ağdam klubunu hər iki matçda böyük hesabla yenib. “Monpelye” iyulun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda 3:0, bir həftə sonra evdə 6:0 hesabı ilə qalib gəlib. Bu dəfə isə “Borsusiya” ilk olaraq avqustun 19-da “Qarabağ”ı qonaq edib, bir həftə sonra Bakıya gələcək.