“Qarabağ” “Visla”nı baş məşqçisiz qoydu
06.08.2010 - 17:21
“Visla”nın baş məşqçisi Henrik Kasperçak komandadan qovulub. Apasport.az saytının məlumatına görə, yeni çalışdırıcının adı müəyyənləşənə kimi onu bu postda köməkçisi Tomaş Kulavik əvəzləyəcək.
Baş məşqçinin komandadan qovulmasına Ağdamın “Qarabağ” klubu səbəb olub. Belə ki, Qurban Qurbanovun yetirmələri Avroliqanın III təsnifat mərhələsində “Visla”nı səfərdə 1:0, evdə isə 3:2 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Kasperçak Krakov təmsilçisinə martın 15-də baş məşqçi təyin edilmişdi.

0
0