Qurban Qurbanov: “Borussiya”ya qarşı layiqli oyun göstərməyə çalışacağıq
06.08.2010 - 17:36
“Əlbəttə, püşk bizi çətin rəqiblə üz-üzə qoydu. Dortmund “Borussiya”sı çox güclü komandadır, böyük futbol ölkəsi olan Almaniyanın təmsilçisidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Avroliqada qrup mərhələsinə düşmək uğrunda mübarizə aparan son bürünc mükafatçımız bunun üçün Almaniyanın “Borussiya” klubunu məğlub etməlidir. İlk oyunu avqustun 19-da səfərdə keçirəcək “Qarabağ” bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda cavab oyununa çıxacaq. “Borussiya” son illərdə bundesliqa oyunlarında stadiona gələn azarkeşlərin sayına görə liderdir. Qurbanov çətin sınaqla üzləşəcəklərini bildirib: “Borussiya”nın stadionu Almaniyanın ən böyük arenalarından biridir. Belə stadionda, möhtəşəm atmosferdə oynamaq hər bir futbolçunun arzusudur. Bu, eyni zamanda böyük məsuliyyət tələb edir. Hər bir oyunçumuz bunu başa düşür. Buna görə də oyuna ciddi hazırlaşacağıq. Çalışacağıq ki, “Borussiya” ilə görüşlərdə layiqli oyun göstərək. Səfər oyununa yaxşı hazırlaşıb, evdə azarkeşlərimizi sevindirmək üçün bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəyə gəlincə, inşallah, yaxşı olar”.
Püşkün sonunda “Qarabağ”ın ya “Borussiya”, ya da Bolqarıstanın “Levski” klubu düşəcəyi dəqiqləşdi. Əlbəttə, “Levski” bizim üçün daha münasib rəqib idi və onunla oyunlarda qrupa düşməyə real baxmaq olardı. Ancaq Qurbanov təəssüflənmir: “Hər bir işdə xeyir var. Həyatda mümkün olmayan şey yoxdur”.

0
0