Mövsümün ilk derbisi televiziyada
06.08.2010 - 21:03
Mövsümün ilk derbisi televiziyada
Unibank Premyer Liqasının yeni mövsümünün ilk paytaxt derbisi televiziya ilə yayımlanacaq. Apasport.az saytının məlumatına görə, televiziya tamaşaçıları avqustun 7-də baş tutacaq “Bakı” - AZAL qarşılaşmasını canlı izləyə biləcəklər. Bakılıların Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.

Qeyd edək ki, paytaxt derbisi saat 20:00-da başlayacaq.

Mənbə: pfl.az