“Gəncə” darmadağınla qayıdır
06.08.2010 - 21:34
“Gəncə” darmadağınla qayıdır
Bu gün keçirilən Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 2010/11 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə birinciliyin ilk günündə I turun 3 qarşılaşması baş tutub.

Məhsuldar alınan gün 9 qolla əlamətdar olub. Yaşıl meydanlara qayıdan “Gəncə” dönüşünü darmadağınla qeyd edib. “Simurq”u böyük hesabla məğlub edən qərblilərdən fərqli “Xəzər-Lənkəran” meydan amilindən yararlana bilməyib. Onlar doğma divarlar arasında “Qəbələ”yə böyük hesabla uduzmaqdan son dəqiqədə qurtulublar. “Bakı” və AZAL arasındakı paytaxt derbisi isə qolsuz bitib.

I tur
"Xəzər-Lənkəran" - "Qəbələ" - 1:3

Amid Hüseynov, 90 - Namiq Əliyev, 38, 48, Müşfiq Teymurov, 60

"Gəncə" - "Simurq" - 5:1
Elxan Əzizov, 36, Ravil Müslümov, 44, Tural Rəhimov, 47-pen., Kamran Babayev, 62, 86 - Dilqəm Əsgərov, 79

"Bakı" – AZAL - 0:0