“Borussiya” gücünü “Qarabağ”a göstərdi
14.08.2010 - 21:39
“Borussiya” gücünü “Qarabağ”a göstərdi
“Qarabağ”ın Avropa Liqasının IV təsnifat mərhələsində rəqibi olan “Borussiya” növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisi Aımaniya kubokunda ilk oyununa çıxıb.

Yurgen Kloppun yetirmələri səfərdə Burqhauzenin “Vakker” klubu ilə görüşüblər. “Qarabağ”ın rəqibi bu qarşılaşmada böyük hesablı qələbə qazanıb – 3:0. Dortmundluların qollarını Lukas Barrios (4-cü dəqiqə), Neven Subotiç (15-ci dəqiqə) və Kevin Qrosskreuts (48-ci dəqiqə) vurublar. Bununla da “Borussiya” Almaniya kubokunun I mərhələsini arxada qoyub. Bu yarışın ikinci mərhələsinin oyunları oktyabrın 26-27-də keçiriləcək.

Qeyd edək ki, “Vakker”lə oyun “Qarabağ”la avqustun 19-da keçiriləcək ilk matç ərəfəsində “Borussiya”nın son sınağı idi.