Raykaardın qələmini sındırırlar
20.08.2010 - 23:17
Raykaardın qələmini sındırırlar
Ötən mövsümkü müvəffəqiyyətsizliyin ardından Frank Raykaardın "Qalatasaray"dan göndəriləcəyi danışılırdı. O zaman hətta hollandiyalı məşqçinin Avropada klub axtardığı belə iddia edildi. Ancaq klub prezidenti Adnan Polad Raykaardla davam etmək qərarına gəldi. Fəqət, komandanın Avroliqadakı uğursuz çıxışı bütün diqqətləri yenidən onun üzərinə yönəltdi.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, srağagün "Karpatı" ilə evdəki heç-heçənin ardından (2:2) "Qalatasaray" rəhbərliyi Fatih Terimlə əlaqə saxlayaraq, onu köhnə iş yerinə dəvət ediblər. Terim isə öz növbsində baş məşqçisi olan bir komanda ilə danışıq aparmaq niyyətində olmadığını bildirib.

Türkiyəli həmkarlarımızın iddiasına görə, Raykaardın taleyi "Bursaspor"la çempionat və "Karpatı" ilə cavab matçından asılıdı. "Qalatasaray" bu oyunlarda lazımi nəticə göstərməsə, hollandiyalı mütəxəssis istefaya göndəriləcək.