Vaqif Cavadov Arnemdə oynamayacaq
21.08.2010 - 00:13
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu bu gün növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi ölkə çempionatının III turunda “Vitess” klubu ilə qarşılaşacaq. “Tvente”nin səfərdə oynayacağı bu matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Enshedelilərin baş məşqçisi Mişel Pryudom “Vitess”lə oyunda güvənəcəyi “18-liy”i açıqlayıb. Ənənəyə uyğun olaraq Vaqif bu dəfə də belçikalı mütəxəssisin etimadını qazanmayıb. Bu isə o deməkdir ki, həmyerlimiz Arnem şəhərində də oynamayacaq.
Qeyd edək ki, çempionatı iki qolsuz heç-heçə ilə başlayan “Tvente”nin həmin oyunlarında da Cavadova “18-lik”də yer tapılmamışdı.

0
0