“Hamburq”un kapitanı Azərbaycan yığmasına qarşı oynamaq istəyir
21.08.2010 - 00:55
“Hamburq”un futbolçusu Hayko Vestermann milli komandada oynamaq arzusundadır. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Almaniya Futbol İttifaqının rəsmi internet saytına açıqlamasında Bundestimin baş məşqçisi Yoahim Lövdən dəvət gözlədiyini açıqlayıb.
Klubunda kapitan sarğısını daşıyan Hayko bildirib ki, Avro-2012-nin seçmə oyunlarında komandasına kömək etməyə hazırdır: “Mən “Hamburq”da yaxşı oynayıram, elə nəticələrimiz də göz qabağındadır. Əminəm ki, qarşıdakı seçmə oyunlarına çağırılmaq şansım böyükdür. Sentyabrın 3-də Belçika, 4 gün sonra Azərbaycanla qarşılaşacağıq. Əminəm ki, təkcə Azərbaycan və Qazaxıstanla deyil, bütün rəqiblərlə matçlarda qələbə qazanmalıyıq”.
Qeyd edək ki, yığmada 19 oyuna 2 qol vuran arxa xətt oyunçusu 2008-ci ildə Avropa çempionatının gümüş mükafatını qazansa da bu il mundiala aparılan heyətdən kənar düşmüşdü.

0
0