Azərbaycan futbolunda daha bir qara tarix - YENİLƏNİB
21.08.2010 - 19:52
Azərbaycan futbolunda daha bir qara tarix - YENİLƏNİB
Bu gün qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, Avropa zonasının VIII qrupunda mübarizə aparan Azərbaycan yığması səfərdə Uels millisinin qonağı olub.

Qrupda yeganə qələbəni (2:1) britaniyalılar üzərində qazanan Şamil Heydərovun yetirmələri bu dəfə darmadağına üzülüb. Xanım futbolçular 90 dəqiqəyə 15 qol buraxmaqla özlərini biabır ediblər. Bu, isə o deməkdir ki, hər 6 dəqiqədən bir qapımıza qol vurulub.

Bu darmadağından sonra komandamızın buraxdığı qolların sayı 50-ni keçib. Artıq 52 dəfə qapısında qol görən xanımlarımız bundan əvvəlki iki matçda da biabır olmuşdular. Belçikalılar yığmamıza 11, isveçlilər isə 17 qol vurmuşdular. Çexiyalılar isə səbirsizliklə komandamızı gözləyirlər.

Qeyd edək ki, qrupumuzun digər oyununda Çexiya və İsveç yığmaları üz-üzə gəliblər. Skandinaviyalılar səfərdə 1: hesabı ilə qalib gələrək qrupda I yeri təmin ediblər.

19:00. UELS – AZƏRBAYCAN - 15:0
QOLLAR: Lander, 3, 7, 21, 36, 38, 72, Harrios, 13, 56, 66, Datton, 19, Fişlok, 59, İnqle, 65, Qrin, 81, 83, Manli, 90+2
Baş hakim: Paloma Quintero Siles (İspaniya)
Nyutaun. “Letem Park” stadionu

TURNİR CƏDVƏLİ

1 İsveç 7 6 1 0 31-2 19
2 Çexiya 7 3 1 3 11-6 10
3 Belçika 8 3 1 4 18-13 10
4 Uels 7 3 0 4 22-11 9
5 AZƏRBAYCAN 7 1 1 5 2-52 4