Vaqif Cavadov milli komandanın təlim-məşq toplanışına gəlmir
21.08.2010 - 10:55
Hollandiyanın “Tvente” klubunun futbolçusu Vaqif Cavadovu Azərbaycan milli komandasının avqustun 23-dən 26-dək Bakıda keçirəcəyi təlim-məşq toplantısına qatılmayacaq.
Bu haqda Lent.az-a 21 yaşlı yarımmüdafiəçinin atası Füzuli Cavadov məlumat verib. Onun sözlərinə görə, Vaqif Cavadovun “Tvente”dəki taleyinə öncədən avqustun 20-də aydınlıq gələcəyi bildirilsə də, məsələnin həlli bazar ertəsinədək təxirə salınıb: “Hollandiya klubunun rəhbərliyi Enshededən kənarda olduğu, “Qarabağ” rəhbərliyi isə Almaniyanın Dortmund şəhərində “Borussiya” ilə keçirdiyi oyundan sonra Hollandiyaya getmədiyi üçün danışıqlar baş tutmayıb. Avqustun 21-də “Tvente” səfərdə “Vitess”lə Hollandiya çempionatının qarşılaşmasına çıxacaq. Bazar günü isə komanda istirahətdə olacaq. Məhz bu səbəblərə görə məsələnin həlli avqustun 23-ə qalıb”.
Füzuli Cavadovun fikrincə, “Tvente” rəhbərliyi istənilən halda, yay “transfer pəncərəsi”nin bağlanacağı avqustun 31-dək Vaqif Cavadovla bağlı məsələni həll etməlidir.
Qeyd edək ki, avqustun 17-də Hollandiya mətbuatı “Tvente”nin qarşılıqlı razılıq əsasında Vaqif Cavadovla yollarını ayırdığı haqda xəbər yayıb. Lakin bu xəbəri klubun rəsmi saytı təsdiqləməyib.

0
0