“Bayer”in futbolçusu yığmamızla oyunu buraxacaq
21.08.2010 - 11:30
Avro-2012-nin seçmə mərhələsində Almaniya yığmasının üzvü Patrik Helmes Azərbaycan milli komandası ilə oyunda iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Bayer”in şərəfini qoruyan hücumçu Avroliqanın pley-off mərhələsinin “Tavriya” (Ukrayna) ilə görüşündə zədələnib. Onun zədəsinin sağalacağı ehtimal edilsə də, təkrar həkim nəzarətindən keçən Helmesin təxminən 2-3 həftə yaşıl meydan çıxa bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən hücumçunun Avro-2012-nin seçmə mərhələsində yığmaya da çağırılmayacaq.
Qeyd edək ki, almanlar sentyabrın 3-də Belçika və 4 gün sonra Azərbaycan yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, almanlar sentyabrın 3-də Belçika və 4 gün sonra Azərbaycan yığması ilə üz-üzə gələcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0