Elxan Məmmədov Superfinala yollanan futbolçularla görüşdü
21.08.2010 - 12:31
Çimərlik futbolu üzrə Azərbaycan yığması avqustun 23-dən 31-dək Portuqaliyanın Lissabon şəhərində keçiriləcək Avropa çempionatının Superfinalında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, səfərə yollanacaq heyətlə bu gün AFFA-nın baş katibi Elxan Məmmədov görüş keçirib.
Futbol Akademiyasında baş tutan görüşdə Məmmədov yığmanın üzvlərini assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından bu mərhələyədək qazandığı qələbələr münasibəti ilə təbrik edib. Baş katib sonda milli komandamıza növbəti oyunlarda da uğurlar arzulayıb.
Mənbə: affa.az

0
0