Özil getdi, Uesli gəldi
21.08.2010 - 13:03
“Verder” rəhbərliyi “Real”a transfer olunan Almaniya yığmasının üzvü Məsut Özülə əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, “musiqiçilər” “Santos”un yarımmüdafiəçisi Uesli ilə 4 illik müqavilə imzalayıblar.
Maraqlıdır ki, bu futbolçuya Donetsk “Şaxtyor”u 10 milyon avro təklif etsə də, o 7,5 milyon avroya bremenlilərin heyətinə keçməyə üstünlük verib.
“Mən Bundesliqada oynamaq istəyirəm. Bu seçimimdə pulun heç bir rolu yoxdur. Özülün transferindən sonra onun yerinə gəldiyimi dərk edirəm və bunun üçün ümidləri doğrultmağa çalışacağam” – deyə, 23 yaşlı Uesli bildirib.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0