Milli komandanın baş məşqçisi istefa verdi
21.08.2010 - 18:05
Ukrayna milli komandasının baş məşqçisi Miron Markeviç istefa verib. Apasport.az saytının məlumatına görə, eyni zamanda Xarkovun “Metallist” klubuna rəhbərlik edən mütəxəssis Avro-2012-nin final mərhələsində təşkilatçı kimi çıxış edəcək yığmada çalışmayacağını açıqlayıb. Markeviç bunu Ukrayna Futbol Federasiyasının Nizam İntizam Komitəsinin qərarı ilə izah edib.
Təcrübəli çalışdırıcı qurumun 2008-ci aprelin 19-da keçirilən “Metallist” – “Karpatı” oyununu (4:0) danışılmış sayaraq hər iki kluba sərt sanksiyalar tətbiq etməyindən narazı qalıb: “Federasiyanın “Metallist”ə qarşı haqsız qərarından sonra yığmada çalışmağa mənəvi haqqım yoxdur. Mən Xarkov futbolunu məhv edən qurumda çalışmaq istəmirəm. Doğma klubuma xəyanət edə bilmərəm”.
Markeviç yığmada yaradılan şəraitdən də narazılığını bildirib: “Onsuz da yığmada çalışdığım müddətdə federasiya mənim uğursuzluğa düçar olmağım üçün hər şey edirdi. Maliyyələşmədə, seleksiyada, təqvimin tərtib olunmasında, infrastrukturla təmin olunmaqda müxtəlif əngəllərlə üzləşsəm də rəhbərlik etdiyim milli uduzmadı”.
Qeyd edək ki, “Metallist” və “Karpatı”nın hərəsinin hesabından 9 xal pozulmasına qərar verən Nizam İntizam Komitəsi hər ikisini para cəzası ilə də cərimələyib. Bakının AZAL klubunun sabiq kapitanı Sergey Laşenkov isə ömürlük futboldan uzaqlaşdırılıb. Həmin vaxt “Karpatı”da çıxış edən müdafiəçi alqı-satqının əsas qəhrəmanı olmuşdu.

0
0