Futbolçu bir oyunda 8 qol vurdu
21.08.2010 - 18:27
Futbolçu bir oyunda 8 qol vurdu
Hollandiya çempionatının ikinci divizionunda keçirilən oyunda Rotterdam “Sparta”sının futbolçusu Yohan Voskamp “Almere Siti”nin qapısından 8 top keçirib. Lent.az-ın məlumatına görə, oyun “Sparta”nın 12:1 hesablı qələbəsi ilə nəticələnib. Boskamp bu komandanın heyətində debüt matçındaca qollarını sıralayıb. Hücumçu “Helmond Sport”dan “Sparta”ya keçdiyi günün ertəsi meydançaya çıxıb.

Rotterdam təmsilçisi hər hissədə 6 qol vurub. “Almere Siti” matçın böyük hissəsini azlıqda keçirməli olub. 17-ci dəqiqədə komandanın müdafiəçisi cərimə meydançasında kobudluq etdiyi üçün meydançadan qovulub. “Almere Siti” yeganə topunu oyunun sonluğunda 0:12 hesabı ilə geridə olduğu vaxt vurub.

İlk yarıda isə “Sparta”nın qapıçısı özünün yol verdiyi qayda pozuntusu nəticəsində təyin olunan penaltini dəf edib.