“Futbolçuların səhvi ucbatından rəqibimiz 1 xal qazandı”
21.08.2010 - 20:52
“Futbolçuların səhvi ucbatından rəqibimiz 1 xal qazandı”
“Bu gün futbolçularımdan narazı qaldım. Onların səhvi və yaxşı oynamaması səbəbindən rəqib 1 xal qazandi”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Paytaxt təmsilçisi bu gün Unibank Premyer Liqasının III turu çərçivəsində Gəncədə eyniadlı komandanın qonağı olub. Bu turadak itikisiz irəliləyən AZAL bu dəfə məğlubiyyətdən canını güclə qurtardı: “Hakimlər barədə heç bir söz demək istəmirəm. Mən baş məşqçiyəm, ancaq öz futbolçularım və komandam barəsində danişa bilərəm”.